Yol kənarında polis əməkdaşları 5 kiloqrama yaxın heroin aşkar edib - Biləsuvarda

13:24 - 11 Aprel 2017 - HADİSƏ

Biləsuvar rayonunda yol kənarında polis əməkdaşları 5 kiloqrama yaxın heroin aşkar edib. Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) Səmədabad Polis Bölməsinin (PB) əməkdaşları Biləsuvar-Cəlilabad yolunda 4,6 kiloqram narkotik vasitə olan heroin aşkar ediblər.

Narkotik vasitənin İran İslam Respublikasından qaçaqmal yolu ilə Azərbaycana keçirilməsi ehtimal edilir.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırmalara başlanılıb.

Xəbər xətti