"Young Business Factory – “Presidents’ Meeting 2017”

12:39 - 11 Aprel 2017 - İQTİSADİYYAT

"Young Business Factory” Biznes Konsultinq Şirkəti 2013-cü ilin 18 Avqust tarixində İstanbulda yaradılmışdır. Gənclər və şirkət nümayəndələri üçün təlim, konfrans, seminar, treyninq proqramlar və biznesin inkişafı ilə bağlı konsultasiyalar həyata keçirir. Əsas fəaliyyəti Azərbaycanda və xarici ölkələrdə praktiki profesional təlim, konfrans, online kurs və seminarlar, müxtəlif təhsil proqramlarının keçirilməsini təşkil etməkdir.

Young Business Factory 2015-2016-cı ildə 130 üzəri Beynəlxalq Kamp və müxtəlif irimiqyaslı tədbirlər həyata keçirmişdir. Belə tədbirlərdən biri “Presidents’ Meeting” dir. Bildirmək istərdik ki, bu gün ölkəmizdə gənclərin sahibkarlıqla məşğul olmaları üçün yetərincə şəraitin olmasına baxmayaraq, çatışmazlıqlar da mövcuddur. Əsas çatışmazlıq isə gənclərin sərbəst qərar verə bilməməsi, atacaqları addımı riskli hesab edərək bu sahədən uzaqlaşmalarıdır. Bunun üçün də gənclərin bu sahədə maarifləndirilməsi vacibdir. Bütün bunları nəzərə alaraq “Presidents Meeting 2017″ adlı layihəni həyata keçirib, nüfuz qazanmış iş adamlarını , şirkət rəhbərlərini bir araya toplamaq qərarına gəldik.
 
Layihənin keçirilməsində əsas məqsəd:
• Azərbaycanda Sahibkarlığın inkişafı istiqamətində gənc sahibkarların formalaşdırılması
• Gənclərin ideyalarının reallaşdırılmasına dəstək
• Azərbaycanda gəncləri biznes mühitinə cəlb etmək
• Sahibkarlıq barədə məlumat azlığını aradan qaldırmaq
• Sahibkar olmaq istəyənlər üçün İnnovativ Biznes şəraitinin yaradılması
• Sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznesmenlərə dəstək verilməsi
 
“Presidents’ Meeting 2017” Spikerlər:  
Instructor: İlkin Qarayev
1992-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1991-ci ildə kommersiya bankında başlamışdır. 1993-cü ildə Türkiyə Banklar Birliyinin keçirdiyi testin nəticələri əsasında seçilərək İstanbul şəhərində təşkil olunmuş Bank işi üzrə 1 illik tədris proqramında iştirak etmişdir. Bu kursu bitirdikdən 1997-ci ilə qədər o müxtəlif banklarda departament rəhbəri vəzifəsində çalışmışdır. 1997-ci ildə İ.Qarayev AzEkoKonsaltinq şirkətini yaratmış və hazırda bu şirkətin Prezidentidir. Bundan başqa İ.Qarayev ictimai fəaliyyətlə də məşğul olmuş, 2002-2006-cı illərdə Milli QHT Forumunun vitse-prezidenti olmuş, hazırda özünün də təsisçilərindən biri olduğu “Kiçik və Orta Sahibkarlığın İnkişafına Yardım Mərkəzi”-nin rəhbəridir. İ.Qarayev, 2004-cü ildə  Dünya Bankının BMK (İFC) və BP şirkətlərinin maliyyələşdirdiyi “KOM-lar üçün Biznes Xidmətlərinin İnkişafı” layihəsinə rəhbərlik etmişdir. İlkin Qarayev 2001-ci ildən Azərbaycan Bank Tədris Mərkəzində xarici ticarətin maliyyələşməsi, akkreditiv, marketinq və satış və müştəri xidmətinin yaxşılaşdırılması mövzuları üzrə təlim kursları aparır.
Instructor: Prof. Dr. ALİ  B. KUTVAN
Menecment üzrə elm xadimi, Mühazirəçi, Tədqiqatçı, Konsultant, Yazıçı, Strategist.
Ankarada doğulub. Menecment üzrə Ph.D dərəcəsi var. Hacettepe Universitetində Bakalavr oxuyub, İstanbul Texniki Universitetində Magistr oxuyub, İstanbul Universitetində, Marmara Universitetində və Londonun Berlizt Akademiyasında Doktorantlıq qazanıb. Boğaziçi və Marmara Universitetlərində mühazirəçi kimi işləyib və həmçinin Apple Qlobal Təhsil Layihəsi və Apple Universitet Konsorsiumunda çalışıb. International Rotary təqaüdünü qazanaraq Group Study Exchange proqramına Londonda qatılıb. Interactive Publishers Association şirkətinin və bir neçə innovativ şirkət və müəssisələrin yaradıcısıdır.
Instructor: Emrah Köknar
1999-cu ildə Qaradəniz Texniki Universitetində, İqtisadiyyat ixtisasına qəbul olub. 2003-cü ildə universitetdən məzun olub Londona gedib. Əvvəlcə 1 illik İngilis dili təhsili aldıqdan sonra University of East London’da MBA Proqramına başlayıb və 2006-cı ildə məzun olub. İlk şirkətini 25 yaşında Londonda qurub. 2010-cu ildə Akare Xaricdə Təhsil Sərgiləri şirkətində Satış Müdürü olaraq işləməyə başlayıb. 2012-cı ildə şirkətin Baş meneceri vəzfisəinəı yüksəlib və 2015-ci ilə qədər Akaredə bu vəzifəyə davam edib.  Bu Sərəgilər müddətində Bakıda olmuş və Bakıdan çox təsirlənərək 2015-ci ilin sonunda ailəsilə birlikdə Bakıya köçüb.
Instructor: Rasim Adjalov
Rasim Adjalov CİPE (  USA ) və Pasha Bank Alumni Club məzunudur. İndiyə kimi Biznes inkubator layihələrində, Turizm nazirliyinə, İqtisadi inkişaf nazirliyinə biznes planlar təqdim etmişdir. 2011 Respublika Biznes müsabiqəsində, Amerika səfirliyinin layihələrində, USAİD Georgia, Bakı Dövlət Universiteti, Biznes Universiteti, CES, özəl şirkətlərdə təlimçi olmuşdur.  2014 Avropa Sahibkarlıq Çempionatının finalistidir. İndiyə kimi Bakery House, Happy İnn 5 star,  Odis Azerbaijan, Nar mobile, CBS American TV , Dirol Cadbury şirkətlərində çalışmışdır. Adjalov indiyə kimi 800-dən çox tələbənin Business və Career planing  mövzusu üzrə konsultantıdır.
Keçirləcək Tarix: 23 Aprel 2017 / Saat 10:00
Məkan: Holiday İnn
İştirakçı sayı: 200 nəfər
Tədbirdə iştirak tamamilə ödənişsizdir.  Online olaraq qeydiyyat LİNKİ
- Nəyə görə bu təlimdə iştirak etmək istəyirsiniz? sualına daha dolğun cavab verib tədbirdə iştirak haqqı əldə edin. Yazılar Azərbaycan şirifti ilə olmalıdır. Mövzu yerinə “Presidents’ Meeting 2017” qeyd edin.
Qeyd: Yalnız seçilənlərlə əlaqə saxlanılacaq.
 
971828_526015080801797_1546999200_n
Follow us: Young Business Factory Facebook page
Ünvanı: Caspian Plaza III korpus, 12-ci mərtəbə
Məlumat və rezerv üçün əlaqə nömrələri:
Tel: (012) 492 36 67
Mob: (050) 559 49 32
Email: [email protected]
 
Əvvəlki “Presidents’ Meeting” albomlar:
Young Business Factory – “Presidents’ Meeting”
“Young Business Factory” – “Presidents Meeting 2″

Xəbər xətti