MŞ İdarə Heyətinin üzvü olan deputat Belçikada səfərdədir

11:13 - 11 Aprel 2017 - MEDİA

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Avropa İttifaqı - Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Belçikanın paytaxtı Brüsseldə işgüzar səfərdədir. Səfər Avropa Parlamentinin dəvəti ilə reallaşır və Azərbaycan nümayəndə heyətinə rəhbərliyi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov edir. 
Nümayəndə heyətinin ilk görüşü bu gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı komitəsinin həmsədri, Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü Səyyad Kərimlə baş tutub. Görüşdə Cənubi Qafqaz bölgəsindəki mövcud siyasi vəziyyət, Avropa İttifaqı və Azərbaycan parlamentləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunmuş, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında hazırlanan yeni əməkdaşlıq müqaviləsi ilə bağlı fikir mübadiləsi aparılıb. 
Görüşdə həmçinin Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov və Milli Məclis aparatının beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Babək Ağayev də iştirak edib. 
Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentinə səfəri davam edir. 

 

Xəbər xətti