Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycanda səfərdədir. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, məlumatı Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti yayıb. N.Patruşev Bakıda təhlükəsizlik məsələləri üzrə Azərbaycan-Rusiya məsləhətləşmələrində iştirak edəcək.