Xaçmaz rayonu, Nərəcan kənd sakini 48 yaşlı Münbər Aydəmirov özünü asaraq intihar edib. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, M. Aydəmirov ailəli olub, bir oğlu var. M. Aydəmirov intihardan əvvəl məktub yazıb ki, ölümünə görə heç kim günahkar deyil.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.