IV İslam Həmrəyliyi Oyunlarının su səyahəti Astarada - FOTOLAR

13:08 - 9 Aprel 2017 - Xəbər

“Bakı-2017”  IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Astara mərhələsi başlayıb. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, Astarada səyahətin ilk ünvanı Astaranın Ərçivan kəndində yerləşən “Yanar Bulaq” kompleksi olub.
Sərbəst güləş üzrə dünya çempionatının bürünc mükafatçısı Əliabbas Rızazadə, sərbəst güləş üzrə respublika çempionu, əməkdar idman ustası Məhərrəm Ağayevin müşayiəti ilə şahmatçı Mirrahil Ağayev yanar bulağın  suyundan götürüblər. Sonra səyahət iştirakçıları Astara  şəhərinə yola düşüblər.
Su mərasimi bu gün 20:00-da Astarada dənizkənarı Park-Bulvarda su festivalı  ilə müşayiət olunacaq.
Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya stadionunda başa çatacaq.


Xəbər xətti