Türkiyənin Osmaniyə şəhərində metallurgiya zavodunda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər aralanıb. “Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, ilkin məlumatlara görə hadisə xlor qazının sızması nəticəsində baş verib. Hadisənin səbəbləri araşdırılır.