Bakıdakı məktəbdə qız üstündə bıçaqlanma - Müəllimin gözü qarşısında

15:52 - 7 Aprel 2017 - HADİSƏ

Bakının Suraxanı rayonunda 146 nömrəli orta məktəbdə bıçaqlanma baş verib. Orta məktəbdən Trend-ə verilən məlumata görə, hadisə aprelin 3-də məktəbin hərbi hazırlıq dərsi zamanı qeydə alınıb: “Hadisə hərbi hazırlıq müəllimi Ramiz Şahmurovun gözü qarşısında baş verib. 1989-cu il təvəllüdlü Nizami Kərimov orta məktəbə gəlib və məktəbin 10-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Rəşad Novruzovla mübahisə edib. Mübahisə R.Novruzovun sinif yoldaşı olan qız üstündə baş verib. Məktəbə gələn N.Kərimov həmin qızı sevirmiş. Qızın sinif yoldaşı R.Novruzovla mübahisə edən N.Kərimov sonda özü ilə gətirdiyi bıçaqla ona xəsarət yetirib. Nəticədə R.Novruzov bud nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib”. Hadisə nəticəsində xəsarət alan R.Novruzovun hazırda səhhəti normaldır və o, bu gün xəstəxanadan evə buraxılıb. Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən N.Kərimov saxlanılıb və faktla bağlı cinayət işi başlanıb. Hadisə ilə bağlı məktəbin rəhbər işçiləri və şahidlər dindirilib.

Xəbər xətti