Maliyyə Nazirliyinin kollegiya üzvlərindən biri dəyişdirilib

15:19 - 7 Aprel 2017 - Xəbər

Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərarına dəyişiklik edilib. Qərarı baş nazir Artur Rasi-zadə imzalayıb. Qərara əsasən, kollegiyanın tərkibində yer alan İsgəndərov Xalid Səməd oğlu Məmmədov Səbuhi Hidayət oğlu ilə əvəzlənib. Bu qərar imzalandığı gündən qüvvəyə minir. (Report)

Xəbər xətti