Prezident İlham Əliyevin tapşırığına əsasən, Cibutiyə humanitar yardım göndəriləcək

11:26 - 7 Aprel 2017 - Xəbər

Azərbaycan Cibutiyə humanitar yardım göndərəcək. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, FHN yaxın günlərdə Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərəcək. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ünvana çatdırılacaq humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işlərinə başlanılıb.

Xəbər xətti