Biləsuvarda 3 otaqlı ev yanıb: 4 yaşlı uşaq ölüb
10:17 - 7 Aprel 2017 - HADİSƏ
Biləsuvar rayonu, Zəhmətabad kəndində yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, Biləsuvar rayonu, Zəhmətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.