Kənd sakinləri Türkiyənin Siirt şəhərinin Eruh mahalındakı Yazlıca çölündə parçalanmış uşaq cəsədi tapıblar. Qarşılaşdıqları mənzərədən dəhşətə gələn kəndlilər polisə xəbər veriblər. Cəsədin tapıldığı yerə gələn polislər uşağa aid cəsədin baş hissəsinin parçalandığını və beldən aşağısının olmadığını görüblər. Tapılan cəsədin Batmanın Hasankeyf mahalında mart ayının birində itən 2011-ci il təvəllüdlü Eda M.-ə aid olduğu ehtimal olunur. Cəsəd Siirt Dövlət xəstəxanasına aparılıb. Burada cəsəd yarıldıqdan sonra uşağın ölüm səbəbi məlum olacaq.
Araşdırmalar davam edir.(milli.az)