Azərbaycan Mərkəzi Bankı(AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 300 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 336,3 mln. manat təşkil edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Beləliklə, hərracda tələb təklifi (300 mln. manat) 12,1% üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə 14,71% olub.