Ucnoqta.az
www.ucnoqta.az

AMB-nin hərracında tələb təklifi üstələyib

12:10 - 27 Mart 2017 tarixində dərc olunub.

 Azərbaycan Mərkəzi Bankı(AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 300 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 336,3 mln. manat təşkil edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir. 
Beləliklə, hərracda tələb təklifi (300 mln. manat) 12,1% üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə 14,71% olub.

Müəllif: Ucnoqta.az