Almaniya milli komandasının fan-klubu Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün 800 bilet sifariş edib. Bununla bağlı Almaniya Futbol İttifaqına (DFB) müraciət edilib. Onların bilet xərclərini məşhur şirkətlərdən biri öz üzərinə götürüb. Bu jest 29 mart 2003-cü ildə təsis edilən fan-klubun ad gününə kiçik hədiyyə məqsədilə edilib. Azarkeş qrupunun 10 illiyi münasibətilə də belə addım atılmışdı. 2013-cü ilin martında azarkeşlər Almaniya yığmasının Astanada Qazaxıstanla oyununa havayı səfər etmişdilər. Qeyd edək ki, DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüş saat 20:00-da start götürəcək.