Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Hüseynov Fəqan Arzu oğlu hələ ki, bilinməyən səbəblərdən qarın nahiyəsindən bıçaqlanıb. Dostları tərəfindən xəstəxanaya çatdırılan F.Hüseynov, dərhal həkimlər tərəfindən əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanıb.
Zərərçəkənin yaxınları polisə verdikləri ifadələrində F.Hüseynovun özü özünü bıçaqladığını bildiriblər.