Ermənistan ordusunun hərbi qulluqçusu Albert Dallakyanı ağır yaralamış baş leytenant Avaq Naapetyan hələ də həbs edilməyib.
"Report" "News.am"a istinadən xəbər verir ki, əsgəri yaralamaqda ittiham edilən zabit bu günə kimi azadlıqdadır və hətta hərbi xidmətini davam etdirir.
Agentliyin məlumatına görə Avaq Naapetyan bununla bağlı təqsirini boynuna alıb. O, istintaqa ifadəsində hərbi qulluqçuya atəş açdığını etiraf edib və bildirib ki, əsgəri qəsdən güllələməyib.
Erməni xəbər agentliyi vurğulayıb ki, buna baxmayaraq Avaq Naapetyan ağır yaraladığı əsgərə heç vaxt baş çəkməyib. Qeyd edək ki, hadisə bu ilin iyununda baş verib.