Kamçatka sahillərində 4,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka Filialı xəbər verib. Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatkadan 270 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 55 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barəsində məlumat verilmir.