Ucnoqta.az
www.ucnoqta.az

<b>Kamçatka sahillərində zəlzələ olub</b>

11:03 - 10 Noyabr 2016 tarixində dərc olunub.

Kamçatka sahillərində 4,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka Filialı xəbər verib. Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatkadan 270 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 55 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barəsində məlumat verilmir. 

Müəllif: Ucnoqta.az