Transxəzər marşrutunda yükdaşımalara yeni gəmi cəlb edir – FOTO

13:05 - 24 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Şahdağ” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirdən çıxıb. Bu barədə trend Gəmiçiliyə istinadən məlumat verir ki, keçən ayın sonundan start verilən təmir işləri qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilib. “Şahdağ”ın baş və köməkçi mühərrikləri, su, yağ, yanacaq, ballast və sair sistemləri əsaslı təmir olunub. Braşpil, lövbər qurğuları və zəncirləri saz hala gətirilib, sükan qurğusu və digər mexanizmlərdə zəruri təmir işləri görülüb.

Eyni zamanda gəminin bütün sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.

Qeyd edək ki, “Şahdağ” yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək, Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları və sərnişin daşıyacaq.


Xəbər xətti