Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.