Göygöldə 5 otaqlı evdə yanğın

10:40 - 9 Oktyabr 2016 - HADİSƏ

Göygöldə 5 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Göygöl rayonu, Quşqara kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 m2 olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 3 m2 sahədə yanmışdır.
Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Yanğın saat 23:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Xəbər xətti