Sentyabr ayında BTC kəməri ilə təxminən 2,1 milyon ton Azərbaycan nefti nəql olunub. SOCAR-ın saytına verilmiş məlumata görə, sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 55 min 791 ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar- sentyabr aylarında bu kəmərlə 22 milyon 43 min 322 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən oktyabr ayının 1-ə qədər BTC-yə 314 milyon 915 min 856 ton neft vurulub.
Bundan başqa, sentyabr ayında BTC kəməri ilə 374 min 160 ton Türkmənistan nefti nəql olunub.