Yük və minik maşınları toqquşub - Ağdamda

13:23 - 7 Oktyabr 2016 - HADİSƏ

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə Əfətli kənd yolunda qeydə alınıb.

“QAZel” markalı yük maşını və “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində yük maşınının aşdığı, dörd nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.
Xəsarət alan şəxslər Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti