"Azərbaycan Dəmir Yolları" QSC Qazaxıstanda nümayəndəlik açıb. Ucnoqta.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Qazaxıstan Dəmir Yolu" SC-nin məlumatında deyilir. Açılış mərasimində çıxış edən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və "Qazaxıstan Dəmir Yolu" SC-nin prezidenti Kanat Alpıspayev gələcəkdə Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.