İki avtomobil toqquşdu - Bakıda

11:50 - 7 Oktyabr 2016 - HADİSƏ

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, Nobel prospektində qeydə alınan hadisə zamanı "Nissan Juke" markalı avtomobillə "Toyota Prado" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Nissan Juke" markalı avtomobil deformasiyaya uğrayıb və sürücüsü yüngül bədən xəsarəti alıb. Hadisə yerinə gələn Dövlət Yol Polis (DYP) əməkdaşlarının ilkin qənaətinə görə, "Nissan" markalı avtomobilin sürücüsünün ara məsafəsini düzgün saxlamaması qəzaya səbəb olub.

Xəbər xətti