İranın "Mahan Air" aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır. Ucnoqta.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən "Report"a bildirilib ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 3 dəfə yerinə yetirmək sorğusundan sonra verib.
Uçuşların həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və bazar günləri "Airbus A310" layneri ilə yerinə yetirilməsi planlaşdırılır.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" və "ATA Airlines" aviaşirkətləri də Tehrana uçuşlar həyata keçirir.