Helikopter qəzaya uğrayıb, ölənlər var

11:46 - 7 Oktyabr 2016 - HADİSƏ

ABŞ-ın Minnesota ştatının Layno-Leyks şəhəri ərazisində helikopterin qəzaya uğraması nəticəsində bir neçə nəfər ölüb. Avtosfer.az ABC televiziyasına istinadən xəbər verir ki, polis helikopterin gölə düşdüyünü bildirib.

Yerli polis rəisi helikopterin yanmış qalıqlarının aşkar edildiyini də vurğulayıb.

Şahidlər partlayış səsi eşitdiklərini və yanan bir kürənin yerə endiyini gördüklərini söyləyiblər.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Xəbər xətti