Azərbaycanda daha bir dələduzluq hadisəsi qeydə alınıb. “Report”un xəbərinə görə, Kürdəmir rayon sakini 1974-cü il təvəllüdlü İlhamə Əliyeva hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2012-ci ilin dekabr ayında 1979-cu il təvəllüdlü Yusif Kərimov onun etibarından sui-istifadə edərək 56 500 manat pul və 5 000 ABŞ dolları dəyərində mebel məişət əşyalarını alıb, lakin indiyədək qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.