Avtobus 4 maşınla toqquşdu – 1 ağır, 12 nəfər yaralanıb

11:29 - 7 Oktyabr 2016 - HADİSƏ

Türkiyədə ağır yol qəzası baş verib. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Koçaeli vilayətinin Çayırova rayonunda qeydə alınıb. Belə ki, kiçik həcmli sərnişin avtobusunun 4 avtomobillə toqquşması nəticəsində 1-i ağır olmaqla 12 nəfər xəsarət alıb. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. Qəzanın baş verdiyini görən sakinlər dərhal polisə, təcili yardıma bu barədə məlumat veriblər. Hadisə yerinə gələn polis və xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılıb qalmış sərnişinləri çıxarıblar. Yaralılardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

Xəbər xətti