Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində problem yaranıb

19:43 - 6 Oktyabr 2016 - HADİSƏ

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən qatarların hərəkətində problem yaranıb. 

Ucnoqta.az xəbər verir ki, "Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, saat 18:30-da Bakı-sərnişin stansiyasından hərəkət etməli olan qatar yola düşə bilmir.
Stansiyanın məsul şəxsləri buna səbəb kimi elektrik xətlərində yaranmış nasazlığı göstəriblər.
Nəticədə sərnişinlərin əksəriyyəti həmin vaxta aldıqları biletləri nə qaytara, nə də yola düşə bilirlər. Bu səbəbdən sərnişinlərlə stansiya nəzarətçiləri arasında mübahisə yaranıb. Nəzarətçilər biletlər üçün ödənilmiş pulu qaytarmağa səlahiyyətlərinin olmadığını bildiriblər. 
Qeyd edək ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən qatarlarda birtərəfli biletin qiyməti ekonom-klass üçün 80 qəpik, biznes-klass üçün 1.60 qəpikdir.

Xəbər xətti