Bakı şəhərində kollecdən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də Bakı İdarəetmə və Texnologiya Kollecindən 34 ədəd noutbuk, 3 ədəd proyektor və monitor oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Həsən Abdullayev tutulub.
Araşdırma aparılır.