Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kollecdən oğurluq edilib

14:50 - 5 Oktyabr 2016 tarixində dərc olunub.

Bakı şəhərində kollecdən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də Bakı İdarəetmə və Texnologiya Kollecindən 34 ədəd  noutbuk, 3 ədəd proyektor və  monitor oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Həsən Abdullayev tutulub.
Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az