ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və respublika rəhbərinin səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək niyyətində deyil. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Töner deyib.
"Bu demokratik prosesin hansı nəticələrinin ola və ya olmaya biləcəyini diqtə etmək bizim işimiz deyil. Bir istisna ilə ki, harada qanun pozuntusu var, onlar araşdırılmalı, bu prosesdə harada ki, çatışmazlıqlar var, onlar öyrənilməli və yaxşılaşdırılmalıdır…Biz səlahiyyət müddətinin məhdudlaşdırılmasını diqtə edə bilmərik", - deyə Töner çərşənbə axşamı keçirilən brifinqdə bildirib.
İdarə rəsmisi əlavə edib ki, Birləşmiş Ştatlar "demokratik institutların işinin yaxşılaşdırılması" üçün bundan sonra da Azərbaycanla işləmək niyyətindədir.