Türkiyənin Mardin əyalətində Kızıltepe-Derik avtomobil yolunda törədilən terror aktı nəticəsində təhlükəsizlik qüvvələrinin 1 əməkdaşı şəhid olub, 9-u yaralanıb. "Report" "Milliyyet"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin əməkdaşlarının olduğu maşın yoldan keçərkən partlayış baş verib.
Terrorçular yola döşədikləri əldəqayırma partlayıcını partladıblar.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb edilib. Yarlılardan ikisinin vəziyyəti ağırdır.