Türkiyədə antiterror əməliyyatı keçirilib. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İstanbul Kəşfiyyat və Şəhər Polisinin Terrorla Mücadilə Şöbəsi tərəfindən keçirilmiş əməliyyat zamanı 3 nəfər saxlanılıb.
Saxlanılanların PKK terror təşkilatının üzvləri olduğu bildirilir. Məlumata görə, terror təşkilatının bir üzvü Kadıgöydə, digər iki üzvü isə Diyarbəkirdə saxlanılıb.
Onlardan birinin evində aparılan axtarışlar zamanı silah-sursat, eləcə də terror təşkilatına adi sənədlər müsadirə edilib.
Məlum olub ki, saxlanılanlardan biri İstanbul, İzmir, Antalya və Bursadakı terrorçulara partlayıcı maddələr göndərib. Saxlanılanların həmçinin yeni terror aktı planlaşdırmaları da üzə çıxıb.