Yezidi kürdləri, ölkənin şimalındakı kürd muxtariyyətinin silahlılarını ("peşmərgələr") təlimatlandıran Almaniya hərbçiləri İraqdan çıxır. "Report" İHA-ya istinadən xəbər verir ki, Almaniyanın müdafiə naziri Ursula von der Leyen hərbi təlimatçılarının xidməti müddətinin başa çatdığını bildirib.
Məlumata görə, almaniyalı 140 həbrçi 2015-ci ilin yanvarından Ərbildə kürd silahlılarının təlimatlandırılması ilə məşğul olub.
Xəbərdə bildirilib ki, onların təlimatlandırdığı silahlılar terrorçu İŞİD-ə qarşı döyüşəcək potensial qüvvə sayılır.
Məlumatda həmçinin almaniyalı hərbçilərlə yanaşı, Hollandiya, Belçika və Macarıstandan olan təlimatçıların da kürdlərə təlim keçdikləri vurğulanıb.