Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerini Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Edvard Nalbandyan ilə görüşüb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüşdə onlar Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişənin tənzimlənməsindən danışıblar.
F.Mogerini Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Avropa İttifaqının ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini söyləyib.
Qeyd edək ki, görüş BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində baş tutub.