“Mülki aviasiya terror qruplaşmaları üçün hədəf olaraq qalır. Təkcə ötən il təyyarələrdə və aeroportlara bir neçə hücum olub” .
Bu barədə BMT-nin Təhlükəsizlik Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən və mülki aviasiya üçün terror təhlükəsi məsələsinə həsr olunan iclasında bildirilib.
"Təhlükəsizlik Şurası təsdiqləyir ki, bütün dövlətlər ərazilərində həyata keçirilən hava daşınmaları çərçivəsində öz vətəndaşlarının və digər ölkələrin vətəndaşlarının terror hücumlarından müdafiəsini təmin etmək üçün məsuliyyət daşıyır", - deyə şuranın təsdiq etdiyi qətnaməsində bildirilib.
Təhlükəsizlik Şurası BMT-yə üzv dövlətləri mülki aviasiya obyektlərinə mümkün terror hücumlarının müəyyənləşdirib qarşısının alınması məqsədilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə əməkdaşlıq etməyə, nəzarət prosedurlarını, hava limanlarında yoxlamaları gücləndirməyə çağırıb.