Yunanıstanda qaçqınların sayı son altı ayda maksimum həddə çatdı

11:30 - 21 Sentyabr 2016 - DÜNYA

Yunan adalarına gələn qanunsuz mühacirlərin sayı artır. Yunan adalarına son altı ayda gələn qanunsuz mühacirlərin sayı maksimum həddə çatıb.  

Ucnoqta.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sentyabr ayının 20 günü ərzində Yunanıstanın sahil mühafizəsi 2022 mühacir saxlayıb, bu isə cari ilin mart ayından Türkiyə və Aİ arasında müqavilənin imzalandığı dövrdən indiyə qədər ən yüksək göstəricidir. 

2016-cı ildə Avropada mühacirlərin sayının ümumilikdə azaldığına baxmayaraq, son altı ayda onların sayı yenidən artmağa başlayıb. 

Eyni zamanda Türkiyə hakimiyyəti Aİ ilə müqavilə üzrə öz öhdəliklərini yerinə yetirir. 

Sentyabrın 12-dən 15-nə qədər Türkiyə sahillərində aparılan 14 axtarış-xilasetmə əməliyyatı nəticəsində 679 mühacir saxlanılıb. 

Qaçqınlar İzmir əyalətində Dikili adası sahillərində Çeşmə və Aydın rayonlarında, Çanaqqalada Ayvacı rayonunda və Bodrum sahillərində Muğla əyalətində saxlanılıb. 

Xəbər xətti