“Suriyada humanitar yardım karvanına aviazərbəni ya Suriya ordusu, ya da Rusiya aviasiyası endirib. İstənilən halda ABŞ hesab edir ki, hadisənin baş verdiyi ərazidə endirilən aviazərbəyə görə məsuliyyət Rusiyanın üzərindədir”.
Ucnoqta.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods bildirib.
“Bizim faktlarımız açıq-aydın aviazərbənin endirilməsini təsdiqləyir. Bu, o deməkdir ki, zərbəyə görə yalnız iki subyektdən biri məsuliyyətlidir – ya yerli rejim, ya da Rusiya hökuməti. İstənilən halda biz hesab edirik ki, aviazərbənin bu məkanda endirilməsinə görə məsuliyyət Rusiya hökumətinin üzərindədir”, - deyə Rods qeyd edib.
Rusiya tərəfi bundan əvvəl bəyan edib ki, nə Rusiya, nə də Suriya aviasiyası humanitar yardım karvanına zərbə endirməyib.