Türkiyə Silahlı Qüvvələrinin Suriyada "Fırat kalkanı" antiterror əməliyyatında iştirak edən iki hərbçisi şəhid olub, ikisi yaralanıb."Report" "Haberturk"ə istinadən xəbər verir ki, yaralı hərbçilər Türkiyənin Qaziantep şəhərindəki xəstəxanaya yerləşdiriliblər.Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin "Fırat kalkanı" əməliyyatı nəticəsində şəhid olan hərbçilərin sayı 10-a çatıb.