“İslam Dövləti” (İŞİD) qruplaşmasının yaraqlıları Türkiyənin Suriyadakı ordusunun zirehli maşınını məhv etmələrini videoya çəkiblər.
Ucnoqta.az lenta.ru-ya istinadən xəbər verir ki, hücumun videosu internetdə yayılıb.
Terrorçuların bəyanatına görə, sentyabrın 18-də hücum nəticəsində tank vurulub, iki türk hərbçisi ölüb, daha üç nəfər yaralanıb.
Rəsmi Ankara bu itkiləri hələlik təsdiqləməyib.