Dağıstan Respublikasının Xunzax rayonunun Qotsal kəndində seçki məntəqəsində dava düşüb, bülletenlərin olduğu qutular dağıdılıb. Oxu.az KAVPOLİT-ə istinadən xəbər verir ki, bu seçki dairəsində “Vahid Rusiya” partiyasının deputatı Əbdülməcid Məhrəmov digər namizədAbusulyan Xarxarova uduzduğuna görə, Xunzax rayonun rəhbəri Səid Yusupov həmin dairəyə öz adamlarını yollayaraq bülleten qutularını açmalarını tapşırıb.
Dava zamanı qutular açılıb və iki minə yaxın bülleten məhv edilib.