"RİA Novosti" xəbər verir ki, bu barədə Suriya hökumət qüvvələrinin zabiti məlumat yayıb.
Onun sözlərinə görə, yaşayış məntəqəsi minatanlardan, atıcı silahlardan və reaktiv sistemlərdən yaylım atəşinə məruz qalıb. Şəhərin Tesnin, Tayr-Maala, Kafer-Nan, Kormos və digər yaşayış məntəqələrinin atəşə tutulması zamanı bir neçə mülki sakin xəsarət alıb.
Suriyanın hökumət qüvvələri cavab atəşi açmayıb. Ordu zabiti bunu atəşkəsə riayət etməsi ilə əsaslandırıb.