PKK terrorçuları Türkiyənin Ağrı vilayətinə hücum edib: 7 gözətçi şəhid olub, 6 nəfər yaralanıb

10:45 - 16 Sentyabr 2016 - DÜNYA

PKK terror təşkilatının silahlıları Türkiyənin Ağrı vilayətində gözətçilərə aid məntəqəyə hücum ediblər.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 21:00 radələrində baş verib. 

Təhlükəsizlik qüvvələrinin terrorçulara qarşılıq verməsi baş verən atışmada 7 gözətçi öldürülüb, 5 əsgər və 1 gözətçi yaralanıb. 

Yaralılar xəstəxanalara yerləşdirilib. Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib. 

Xəbər xətti