Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendum) “Exit-poll” keçirmək istəyən 4 təşkilat Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib.
MSK-nın bu gün keçirlən iclasında Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının, “Els” Müstəqil Araşdırmalar Mərkəzinin və “Rəy” Monitorinq Mərkəzinin müraciətinə baxılıb.
Məsələ ilə bağlı MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib. O deyib ki, bu qurumlar işlərində peşəkar olmalıdırlar. Müzakirələrin yekununda “Exit-poll” keçirmək üçün müraciət edən 4 təşkilat qeydə alınıb.