Iyulun 29-da Azərbaycan Rəssamlar İttifaqı "Vəcihə Səmədova adına sərgi zalında "Media Company" şirkətinin "İmzamı tanı" layihəsi çərçivəsində Babək Subhaninin "Human" fotosərgisi gerçəkləşəcək.
Layihənin müəllifi Babək Subhani və Bəhruz Vaqifoğludur. Layihədə Azərbaycanın tanınmış teatr aktyorları və rejissorlarının portretləri, mim obrazlarının ifasında qadına qarşı şiddət, intihara qarşı insanların biganəliyi oz əksini tapmışdır.
Qeyd edək ki, sərginin simaları arasinda Ramiz Novruz, Vidadi Həsənov, Bəxtiyar Xanızadə və digər tanınmıs sənətkarlarımız yer alıb.