Rusiyanın paytaxtı Moskva şəhərində Xəzərin statusu üzrə xüsusi işçi qrupun iclası başlayıb. "Report" İRNA-ya istinadən xəbər verir ki, toplantıda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması istiqamətində həll olunmamış məsələləri müzakirə edəcəklər. İclas üç gün davam edəcək.
Qeyd edək ki, Xəzəryanı ölkələrin dövlət başçılarının V sammiti 2016-cı ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək.