Pakistanın Baş naziri ABŞ-İran Memorandumunu imzalayıb

13:36 - 18 İyun 2026 - DÜNYA

Pakistanın Baş naziri Şahbaz Şərif vasitəçi kimi ABŞ və İran arasında anlaşma memorandumunu imzalayıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Pakistan Baş Nazirinin Ofisi məlumat verib.

Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian da İslamabad Anlaşma Memorandumunu imzalayıblar. 

ABŞ, İran və Pakistan rəsmiləri Vaşinqton və Tehran arasında Yaxın Şərqdə müharibəyə son qoymaq məqsədi daşıyan razılaşmanı təsdiqləyiblər. İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, 60 günlük atəşkəs zamanı tərəflər digər məsələlərlə yanaşı, Tehranın nüvə proqramını da müzakirə edəcəklər. ABŞ-ın İrana qarşı dəniz blokadası 15 iyunda başa çatacaq və Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar dərhal və daimi olaraq dayandırılacaq. 

Xəbər xətti